Londonun mərkəzində 19 yaşlı gəncin bıçaqla piyadalara hücum etməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən gəncin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Bununla belə, hüquq-mühafizə orqanları hadisənin terror aktı olması ehtimalını da araşdırırlar.
Hadisə gecə saatlarında Rassel skver ərazisində baş verib. İnsidentdə ölən şəxsin 60 yaşlı qadın olduğu bildirilir.
Hazırda Britaniya paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib.
Vüqar İsmayılov