Modern.az

Con Kerri Türkiyəyə gəlir

Con Kerri Türkiyəyə gəlir

4 Avqust 2016, 11:42

 

ABŞ dövlət katibi Con Kerri Türkiyəyə gəlir.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, səfər avqustun sonuna nəzərdə tutulub.

 

C. Kerrinin Türkiyədə ölkə rəhbərliyi ilə Gülənin ekstradisiyası, iki ölkə arasındakı mövcud siyasi durum və 15 iyul çevrilişə cəhddən sonrakı dövrdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişin cəhddən keçən müddətdə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edir.

 

Hazırda iki ölkə artasındakı siyasi vəziyyət soyuq olaraq qalır.

 

Ağa AKİFOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?