Əfqanıstanda xarici turistləri daşıyan avtobusa silahlı hücum olub.
Modern.az-ın xarici KİV-nə istinadən yaydığı xəbərə görə, silahlı hücum ölkənin qərbindəki Herat vilayətində baş verib.
Əcnəbi turistləri daşıyan avtobusa hücum nəticəsində 10 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Turistlərin Bamiyandən Herata gəldikləri bildirilir.
Hələ ki, ölənlərin milliyyəti və vətəndaşlığı haqqında dəqiq məlumat yoxdur.
Ağa AKİFOĞLU