Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 5-də Türkiyəyə rəsmi səfər edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Məlumata görə, N.Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək.
Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Modern.az