Tacikistanın baş prokuroru Yusuf Rahmon ayrı-ayrı cinayətlər üçün ölüm hökmünün tətbiq edilməsini dəstəkləyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun fikrincə, bir neçə şəxsi xüsusi amansızlıqla öldürənlərə, terrorçulara, vətənə xəyanət edənlərə və dövlət çevrişinə cəhd edənlərə qarşı ölüm hökmü tətbiq edilməlidir.
2013-cü ildə ölüm hökmünün tətbiqi ilə bağlı Tacikistanın daxili işlər naziri Ramazon Rahimov çıxış edib. O, qeyd edib ki, bəzi cinayət törədənləri bağışlamaq mümkünsüzdür.
Tacikistanda ölüm hökmünə moratorim 2004-cü ildən qüvvədədir.
Modern.az