26 yaşlı Ninorta Bano Avropaya 3 il əvvəl, öz ölkəsindəki müharibədən xilas olmaq üçün gəlib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada keçirilən ənənəvi milli “Şərab kraliçası” gözəllik müsabiqəsində ilk dəfə mühacir qız qalib olub.
Ninorta Bano Almaniyaya Suriyadan onun doğma şəhərində müharibə gedəndə gəlib. “Mən göstərmək istəyirəm ki, Almaniya qonaqpərvər ölkədir və almanlar qaçqınların tez və uğurlu inteqrasiyasının getməsi üçün fəal işləyirlər”, - Bano mükafatın təqdimatı zamanı deyib.
“Şərab kraliçası” gözəllik müsabiqəsi 1930-cu ildən başlayaraq hər il Almaniyanın 13 şərab bölgəsində keçirilir.
Modern.az