Modern.az

ABŞ mətbuatı:“Vaşinqton Güləni Türkiyəyə ekstradisiya etməyəcək”

ABŞ mətbuatı:“Vaşinqton Güləni Türkiyəyə ekstradisiya etməyəcək”

Dünya

5 Avqust 2016, 11:52

ABŞ-da çap edilən “Wall Street Journal” özəl mənbələrinə istinadən xəbər verir ki, Vaşinqton Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyəcək.

 

Modern.az jurnala istinadən xəbər verir ki, buna səbəb Gülənin hərbi çevrilişdə təqsirkar olması ilə bağlı təqdim edilən sübutların inandırıcı olmaması ilə bağlı idi.

 

“Vaşinqton və Ankara Fətullah Gülənin ekstradisiya məsələsini müzakirə ediblər. Lakin Türkiyə öz müttəfiqini təqdim etdiyi sübutlara inandıra bilməyib. Ümumiyyətlə, Gülənin ekstradisiya olunacağı ssenarini təsəvvür etmək mümkün deyil”.

 

“Wall Street Journal”-ın məlumatına görə, ABŞ Fətullah Gülənin ədalətli şəkildə mühakimə olunacağına inanmır. Bununla belə, danışıqların daha bir neçə ay davam edəcəyi gözlənilir.  

 

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?