Modern.az

Əfqanıstanda terror aktı törədilib

Əfqanıstanda terror aktı törədilib

Dünya

5 Avqust 2016, 22:29

Əfqanıstanın Paktiya əyalətində törədilən iki partlayış nəticəsində 10 nəfər ölüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, içərisində bir ailənin 5 üzvü olan avtomobil minaya düşüb. Daha 5 nəfər traktorun partladılması nəticəsində ölüb. Hər iki hadisə Çamkan rayonunda qeydə alınıb.

 

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin insidentin baş verməsində tez-tez təhlükəsizlik qüvvələri və vətəndaşları hədəfə alan “Taliban” hərəkatı şübhəli bilinir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?