Modern.az

İŞİD İraqda 3 minədək qaçqını girov götürüb

İŞİD İraqda 3 minədək qaçqını girov götürüb

Dünya

5 Avqust 2016, 23:00

İŞİD İraqda 3 minədək qaçqını girov götürüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat BMT-nin avqustun 5-də yaydığı hesabatda bildirilir. Söhbət İraqın şimalında yerləşən Kərkük əyalətindəki əl Haviya rayonunun sakinlərindən gedir. Onlar yaraqlıların əlinə avqustun 4-də keçiblər. Məlumatlara görə yaraqlılar 10-dan çox girovu edam ediblər. Müharibəyədək bu rayonda 400 minədək əhali yaşayıb. Bu rayon İŞİD-in nəzarətindədir.

 

Yerli sakinlər onlardan qaçmaq istəyirmişlər. Son 2 ildə İraqda azı 3 milyon yarım adam ev-eşiyindən didərgin düşüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?