Modern.az

Eyfel qülləsində olan bütün ziyarətçilər təxliyə edilib

Eyfel qülləsində olan bütün ziyarətçilər təxliyə edilib

Dünya

6 Avqust 2016, 00:02

Bu gün axşam saatlarında Parisin Eyfel qülləsində olan bütün ziyarətçilər təxliyə edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, bu barədə qərar qüllədə şübhəli çantanın aşkar edilməsi səbəbindən qəbul olunub.

Şahidlərin sözlərinə görə, hadisə yerinə çoxlu sayda polis əməkdaşı və hərbçi cəlb olunub.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?