“Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskiyə qarşı sui-qəsd edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 6-da yerli vaxtla səhər saat 8-də qeydə alınıb.
Məlumatda onun avtomobilinin hərəkətdə olduğu yolda bomba partladıldığı bildirilir. O, Luqanskda xəstəxanaya yerləşdirilib. Qondarma respublika rəhbərinin vəziyyətinin ağır olduğu bildirilir.
Modern.az