Modern.az

Radarlardan itən sərnişin təyyarəsi tapılıb

Radarlardan itən sərnişin təyyarəsi tapılıb

Dünya

6 Avqust 2016, 20:03

Bir müddət öncə Aralıq dənizi üzərində radarlardan itən sərnişin təyyarəsinin yeri məlum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Əlcəzairdən Marselə uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən yenidən Əlcəzair hava limanına qayıdıb. Artıq bununla bağlı “Air Algerie” aviaşirkəti də məlumat yayıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra 7 min metr yüksəklikdə Aralıq dənizi üzərində radarlardan itib. Lakin texniki nasazlıq səbəbindən yarım saat əvvəl Əlcəzair aeroportuna qayıdaraq yerə enib.

Qeyd edək ki, təyyarə radarlardan yoxa çıxmazdan əvvəl ekipaj dispetçerə  təyyarənin göyərtəsində fövqəladə halın yaranması barədə məlumat ötürmüşdü.  

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?