Modern.az

Avarçəkənlərimiz yarımfinala yüksəliblər

Avarçəkənlərimiz yarımfinala yüksəliblər

Dünya

6 Avqust 2016, 20:41

XXXI Yay Olimpiya oyunlarının ikinci günündə daha bir idman növü üzrə təmsilçimiz qüvvəsini sınayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, akademik avarçəkmədə ölkəmizi təmsil edən Aleksandr Aleksandrov və Boris Yutov cütlüyü yarımfinala yüksəliblər.

 

İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar.

 

Bu nəticə komandamızı yarımfinala yüksəldib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?