Modern.az

Belçikada naməlum şəxs bıçaqla iki polis əməkdaşını yaralayıb

Belçikada naməlum şəxs bıçaqla iki polis əməkdaşını yaralayıb

Dünya

6 Avqust 2016, 21:23

Belçikanın Şarlerua şəhərində naməlum şəxs bıçaqla iki polis əməkdaşını yaralayıb və özü də asayiş keçikçiləri tərəfindən yaralanıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

"İki polis idarəsi qarşısında "Allahu Əkbər" qışqıran şəxs tərəfindən bıçaqla yaralanıb. O da yaralanıb, lakin sağdır", — deyə Şarlerua polisi öz "Twitter" mikrobloqunda yazıb.

Belçikanın "Soir" nəşri yazır ki, polislərdən biri üz nayihəsinin dərin yarası ilə xəstəxanaya yerləşdirilib. Onun həmkarı yüngül xəsarət alıb.

Üçüncü polisin atəş açdığı naməlum şəxs özü isə ağır vəziyyətdədir. O da xəstəxanaya yerləşdirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?