Modern.az

Ermənistanda həbs dalğası

Ermənistanda həbs dalğası

Dünya

6 Avqust 2016, 22:29

Yerevanın Arabkir və Kanaker inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi iyulun 17-də Ermənistan paytaxtında İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən "Sasna srer" qrupunun üzvü Armen Lambaryan barəsində həbs qətimkan tədbiri seçib. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un "Ermənistan Xəbərləri" portalına istinadən verdiyi məlumata görə, yaralı Armen Lambaryan "Erebuni" xəstəxanasından xərəkdə məhkəmyə aparılıb.

 

O, məhkəmədən məhkumlar üçün xəstəxanaya göndərilib. Lambaryanın vəkilinin sözlərinə görə, məhkəmə onun girov müqabilində azadlığa buraxılması barədə vəsatətini rədd edib.

 

Armen Lambaryana qarşı Cinayət Məcəlləsinin 235-ci (Mütəşəkkil qrup tərəfindən qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğunun əldə olunması, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi) və 219-cu (Mütəşəkkil qrup tərəfindən bina, tikili, nəqliyyat vasitəsi və s. ələ keçirilməsi) maddələri üzrə ittiham irəli sürülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?