Modern.az

Küləyin sındırdığı ağac azyaşlının başına düşüb

Küləyin sındırdığı ağac azyaşlının başına düşüb

Dünya

7 Avqust 2016, 00:47

Ağstafada güclü küləyin qırdığı ağac 9 yaşlı uşağın başına düşüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib.

 

Kənd sakini, 2007-ci il təvəllüdlü Əsmər Şəmşir qızı Nəsibova atası ilə yol gedərkən güclü külək əsməyə başlayıb. Külək nəticəsində yolun kənarındakı ağacın böyük budağı sınaraq Əsmərin başına düşüb. Xəsarət alan qız Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Azyaşlıya boyun fəqərələri və kəllə sümüyü sınığı diaqnozu qoyulub.

 

Ə. Nəsibova müalicə almaq üçün Bakıda olan xəstəxanaların birinə aparılacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?