Modern.az

Tanınmış müğənni Rüfət Mehdiyev vəfat edib

Tanınmış müğənni Rüfət Mehdiyev vəfat edib

1 Fevral 2011, 10:54

Tanınmış müğənni Rüfət Mehdiyev bu gecə saat 03. 00 radələrində qəflətən dünyasını dəyişib. Mərhumun yaxınlarının dediyinə görə, müğənni beyinə qansızmadan vəfat edib. (Milli.az)

Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən isə müğənnilik edir. "Space" Televiziyasında hazırlanmış “Qış Nağılı” (2004) və “Baharın Nağılı” (2008) film-verilişlərində çəkilib.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər