İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf ölkəsin in Azərbaycanla birlikdə regional bank yaratmağı planlaşdırdığını deyib.
Modern.az İranın “İrna” agentliyinə istinadən xəbər verir ki, Vəliulla Seyf təklifin İlham Əliyev və Həsən Ruhani görüşündə müzakirə olunacağını diqqətə çatdırıb.
“Bu təklif bizim tərəfimizdən bank əməliyyatlarını asanlaşdırmaq və məqsədi ilə irəli sürülmüşdü. Gələcəkdə bu bankın yaradılması üçün bütün işlər görüləcək”.
Vəliulla Seyf İran nümayəndə heyətinin tərkibində Bakını ziyarət edib.
Vüqar İSMAYILOV