Modern.az

Erməni ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib

Erməni ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib

9 Avqust 2016, 11:49

Ermənistan Silahlı Qüvvələrində 10 yüksək rütbəli zabit istefaya göndərilib.

 

Modern.az-ın Ermənistan KİV-nə  istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, polkovniklər Rafiq Beqlaryan, Avetik Arutyunyan, Karen Sarkisyan, Artur Kazaryan, Qarnik Barseqyan, Mkrtıç Qabrileyan, Seryoja Tavaratsyan, Artur Arustamyan, Stanislav Ovannisyan, Vardan Xaçatryan istefaya göndəriliblər.

 

Onlar Ermənistan ordusunda keçirilən kadr islahatı ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər. 

 

Ağa AKİFOĞLU

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?