Modern.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasının son qalibi “Real Madrid” və Avropa Liqasının qalibi “Sevilya” UEFA superkuboku uğrunda qarşılaşıblar.
Matç Norveçin Tronheym şəhərindəki “Lerkandel”stadionunda keçirilib. Oyunun əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqlənə biliblər. Əlavə olunmuş vaxtın bitməsinə bir dəqiqə qalmış isə”kral klubu”qələbə qolunu vurub. Oyun 3:2 hesabı ilə “Real”ın xeyrinə başa çatıb.
Mirmahmud KAZIMOĞLU