Ötən gün Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Sankt-Peterburq şəhərində yerləşən Konstantinov sarayının "Yunan" zalında görüş keçirilib.
İki ölkə rəhbərinin bağlı qapılar arxasında 2 saat çəkən görüşündən sonra tərəflər geniş tərkibdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Daha sonra isə prezidentlər iş adamları ilə bir araya gəliblər.
Modern.az prezidentlərin görüşü zamanı çəkilmiş maraqlı fotoları təqdim edir:
Mirmahmud KAZIMOĞLU