Modern.az

Putin: “Ermənistan və Azərbaycan münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq”

Putin: “Ermənistan və Azərbaycan münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq”

10 Avqust 2016, 20:41

Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarqsyan ilə Moskvada görüşüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin həm Ermənistanın, həm də Azərbsaycanın sülh istədiyini deyib.

 

V.Putin vurğulayıb ki, ölkələr arasında kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında səylərini davam etdirəcək: "Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və Yerevanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik. Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq". 

 

V.Putin əlavə edib ki, Rusiya və Minsk qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin həllində təminatçı kimi çıxış edə bilərlər. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?