Modern.az

İŞİD-in son 2 ildə verdiyi itkilərin sayı AÇIQLANDI

İŞİD-in son 2 ildə verdiyi itkilərin sayı AÇIQLANDI

10 Avqust 2016, 22:27

ABŞ qoşunlarının Yaxın Şərqdəki qruplaşmasına rəhbərlik edən general-leytenant Şon Makfarland İŞİD terror qruplaşmasının İraq və Suriyada verdiyi itkilərin ümumi sayını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, general son 2 ildə 45 min İŞİD üzvünün öldürüldüyünü deyib.

 

“Hesablamalarımız göstərir ki, son 11 ayda 25 min İŞİD üzvünü məhv etmişik. Bundan əvvəl döyüş meydanında məhv etdiyimiz terrorçuları da daxil etsək, göstərici 45 minə çatacaq”.

 

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?