Dünyanın İT (informasiya texnologiyaları) sahəsində ən varlı 100 milyarderin adı açıqlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Microsoft şirkətinin yaradıcısı Bill Geyts (78 milyard dollar) başçılıq edir.
İkinci pillədə Amazon.com şirkətinin rəhbəri Cef Bezos (66,2 milyard dollar), üçüncü pillədə isə Facebook-un yaradıcısı Mark Zukerberq (54 milyard dollar) dayanır.
Beşinci Oracle şirkətinin rəhbəri Larri Ellison (51,7 milyard dollar), altıncı Google-un yaradıcıları Larri Peyc (39 milyard dollar) və Sergey Brin (38,2 milyard dollar) qərarlaşıb.
Ümumilikdə, İT sahəsində fəaliyyət göstərən milyarderlərin toplam 892 milyard dollar sərvətləri var.
Modern.az