Modern.az

Azərbaycanlı idmançı Qazaxıstana Olimpiya çempionluğu qazandırdı

Azərbaycanlı idmançı Qazaxıstana Olimpiya çempionluğu qazandırdı

11 Avqust 2016, 09:14

Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb.

Modern.az xəbər verir ki, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq. çəki dərəcəsində nail olub.

O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub. 

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub.
O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və bu ölkəni təmsil etməyə başlayıb. N.Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb.

 

Nicat Rəhimov 1993-cü ildə Bakıda anadan olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?