Modern.az

Donald Trampdan Obamaya ŞOK ittiham: “İŞİD-i o yaradıb”

Donald Trampdan Obamaya ŞOK ittiham: “İŞİD-i o yaradıb”

11 Avqust 2016, 11:34

"Bir sıra mühüm məsələlərdə İŞİD-çilər prezident Obamaya üstünlük veririlər. İŞİD-i yaradan odur, Obama. İŞİD-i o qurub".

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp çıxış edib.

O, Florida ştatının Sanreyz şəhərindəki mitinqdə hazırkı prezident Barak Obmaya "İŞİD-i yaratmaq” ittihamnı irəli sürüb.

Tramp söyləyib ki, İŞİD-in qurucularından biri Hillari Klintondur.

Xatırladaq ki, ABŞ-da prezidentlik uğrunda Respublikaçılardan Donald Tramp və Demokratlar Partiyasından  Hillari Klintonun arasında qın mübarizə davam etməkdədir.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?