Modern.az

Türkiyədə çevrilişə görə həbs edilən və işdən çıxarılanların sayı bəlli olub

Türkiyədə çevrilişə görə həbs edilən və işdən çıxarılanların sayı bəlli olub

11 Avqust 2016, 11:49

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra həbs edilən və işdən çıxarılanların cəmi sayı bəlli olub.

Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Əfqan Ala açıqlayıb.

Nazir deyib ki, “Fətullahçılar”a qarşı həyata keçirilən əməliyyatlarda 76.100 dövlət qulluqçusu işindən çıxarılıb.

Nazir söyləyib ki, istintaq-əməliyyat tədbirləri çərçivəsində  5171 saxlanılaraq nəzarətə götürülüb. 16899 nəfər isə həbs edilib.

Həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokurordur.

 Əfqan Ala vurğulayıb ki, 7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər isə tam sərbəst buraxılıb.

Nazir 9-u general olmaqla, 190 hərbçi və 96 polisin hələ də axtarışda olduöunu açıqlayıb.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?