“Yunanıstandakı iki hərbi attaşe - polkovnik Halis Tunc və polkovnik İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıblar”.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, qaçan diplomatlar avqustun 6-da Yunanıstana keçiblər.
“ Onlar avqustun 6-da ailələri ilə birlikdə xüsusi maşınlarla qayıqlara minərək İtaliyaya doğru hərəkət ediblər.
Bunu Yunanıstan rəsmiləri də təsdiqləyib. Tuncun qardaşı Hollandiyada yaşayır. Bu iki xaini Türkiyəyə gətirmək istiqamətində çalışırıq”.
Çavuşoğlu Əfqanıstandan və Banqladeşdən qaçan diplomatların da getdikləri ölkələri açıqlayıb6
“Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi. Əfqanıstandakı iki general-mayor Dubaya gedib.
Birləşmiş Ərəb Əmirlikləri də onları xüsusi təyyarə ilə Türkiyəyə təhvil verib. Diplomatlarımız arasında da qaçanlar var. Banqladeşdəki iki diplomatımız Nyu-Yorka qaçıb”.
Xatırladaq ki, İlhan Yaşıtlı Türkiyə Silahlı Qüvvələrinin, Halis Tunc isə Hərbi Dəniz Qüvvələrinin attaşesidir. Onlar ailələri ilə birlikdə Yunanıstandan qaçıblar.
Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.
Ağa AKİFOĞLU