Modern.az

Rusiyadan Krımdakı insidentlə bağlı AÇIQLAMA: “Agentura şəbəkəsi…”

Rusiyadan Krımdakı insidentlə bağlı AÇIQLAMA: “Agentura şəbəkəsi…”

11 Avqust 2016, 21:55

Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agentura şəbəkəsi zərərsizləşdirilib.

 

Modern.az saytının xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

Qeyd olunub ki, terror aktları planlayan Ukrayna və Rusiya vətəndaşları saxlanılıblar.

 

Onlar Yevgeni Panov və Andrey Zaxteydir.

 

Ötən gün, Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda Ukrayna kəşfiyyatı tərəfindən hazırlanan terror aktının qarşısını alındığını bildirib.

 

Məlumata görə, divresantlar Krımın infrastrukturunu, əhəmiyyətli obyektləri hədəfə alıblar.

 

Əməliyyat zamanı Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçusu və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı ölüb.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?