Modern.az

İŞİD-in neftə cavabdeh lideri öldürüldü

İŞİD-in neftə cavabdeh lideri öldürüldü

Dünya

12 Avqust 2016, 13:41

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının neft əməliyyatlarına cavabdeh olan lideri İraqda məhv edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hacı Hamad kimi də tanınan Sami Cassim əl-Caburi köməkçisi ilə birgə İraq kürdlərinin və ABŞ xüsusi təyinatlılarının birgə əməliyyatı zamanı öldürülüb.

 

İŞİD yaraqlılarının avqustun 11-də Suriya ilə sərhəddəki Əl-Kaim şəhəri ətrafında məhv edildikləri bildirilir.

 

Neft və qazdan əldə edilən gəlir terrorçuların qazandıqları bütün pulun yarısını təşkil edir.

 

Ancaq 2015-ci ildə islamçıların neft hasilatı azalaraq 33 min bareeldən 21 minə düşüb. Bunun səbəbi İŞİD-in nəzarətindəki əraziləri itirməsi ilə izah olunur.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?