Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.
Palatadan Modern.az-a verilən məlumata görə, monitorinqlərin nəticəsi olaraq yüzə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verilib.
Onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə, sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv olunacağına dair xəbərdarlıq edilib.
Modern.az