Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının regional liderlərindən daha biri zərərsizləşdirilib. Modern.az saytı xəbər verir ki, zərərsizləşdirilən Hafiz Səid Xandır.
Əfqanıstanın Pakistandakı səfiri Ömər Zəhilvalın sözlərinə görə, Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı olub.
Modern.az