Avqustun əvvəlindən Hələbdə 100-dən çox dinc sakin öldürülüb və 700-dən çox insan isə yaralanıb.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb Hələbin bu günlər ərzində dayanmadan atəşə tutulması olub.
Rəsmi qurumlar öldürülənlərin çoxunun qadınlar və uşaqlar olduğunu açıqlayıb.
Hazırda şəhər hospitallarında xüsusi tibbi xidmətə ehtiyacı olan ağır yaralılar var.
Ən çox dağıntıya məruz qalan bölgə cənubda yerləşən Əl-Həmədaniya rayonu olub.
Xatırladaq ki, avqustun əvvəlində İŞİD silahlıları Hələbdə artilleriya peşə məktəbinin binasını ələ keçirəndən sonra şəhərin cənubundakı yaşayış məhəllələrini atəşə tutmağa başlayıblar.
Nəticədə ən çox dağıntıya məruz qalan bölgə cənubda yerləşən Əl-Həmədaniya rayonu olub.
Ağa AKİFOĞLU