Modern.az

Gürcüstanda ABŞ vətəndaşı öldürüldü

Gürcüstanda ABŞ vətəndaşı öldürüldü

Dünya

13 Avqust 2016, 16:31

Gürcüstan polisi 41 yaşlı ABŞ vətəndaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

 

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 20 yaşlı şübhəli ABŞ vətəndaşına bıçaqla hücum çəkib və ona bir neçə zərbə endirib. Nəticədə amerikalı yerində keçinib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə hadisədən bir neçə saat sonra cinayətkarı saxlayıb.

 

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq tədbirləri həyata keçirilir. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?