Modern.az

Banqladeş sahillərində gəmi batıb: 17 itkin

Banqladeş sahillərində gəmi batıb: 17 itkin

14 Avqust 2016, 00:27

Banqladeş sahillərində Hindistana məxsus balıqçı gəmisinin batması nəticəsində, ən azı 17 nəfər itkin düşüb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"17 balıqçı gəminin batmasından sonra itkin düşüb", - deyə Banqladeşin Müdafiə Nazirliyinin nümayəndəsi Tapuşi Rabeyə bildirib.

Banqladeşin Hərbi Dəniz Qüvvələri nümayəndəsinin agentliyə verdiyi məlumata görə, iki hərbi və bir patrul gəmisi "Maha Gouri" balıqçı gəmisinin axtarışlarına cəlb olunub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?