Lixtenştyenlə sərhəddə qatarın sərnişinlərinə hücum edən 27 yaşlı isveçrəli özünə yetirdiyi xəsarət səbəbindən həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, avqustun 13-də sərnişinlərə bıçaq və içində qarışıq olan şüşə butulka ilə hücum edib.
27 yaşlı İsveçrə vətəndaşı sonradan özünə də ağır xəsarət yetirib. Hadisə zamanı 6 nəfər yaralanıb. Bu gün məlum olub ki, yaralanan qadınlardan biri xəstəxanada dünyasını dəyişib.
Polis qatara hücumun terrorla bağlılığının olmadığı bəyan edib.
Modern.az