Modern.az

Kişi Tehran meriyasının girişində özünü yandırıb

Kişi Tehran meriyasının girişində özünü yandırıb

14 Avqust 2016, 20:23

Tehranda 40 yaşlı kişi meriyanın binasının girişində özünə od vurub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğının tez söndürülməsinə baxmayaraq, kişinin bədəninin 15 faizi yanıb.

Xəsarət alan xəstəxanaya çatdırılıb, hazırda həkimlər onun həyatını xilas etməkdən ötrü əllərindən gələni edirlər.

Yerli KİV-də yayılan məlumata görə, tehranlının psixi problemləri var. bundan əlavə, o, özünü sosial yardım verilməsindən imtina edildikdən sonra yandırmaq qərarına gəlib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?