Modern.az

Maurinyo ilə İbrahimoviçin debütü uğurlu alındı

Maurinyo ilə İbrahimoviçin debütü uğurlu alındı

14 Avqust 2016, 21:02

Yoze Maurinyonun “Mançester Yunayted”in baş məşqçisi kimi İngiltərə Premeyer Liqasının 2016/2017-ci illər mövsümünün ilk turunda debütü uğurlu alınıb. Modern.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandası səfərdə “Brunli”ilə görüşdə 3:1 hesabı ilə qalib gəlib.

“Mançester Yunayted”in yeni transferi isveçli Zlatan İbrahimoviç də bu oyunda fərqlənməklə yaşının 35 olmasına baxmayaraq hələ də lazımlı oyunçu olduğunu bir daha sübut edib. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Maurinyonun “Çelsi”nin baş məşqçisi olduğu zaman komandadan göndərilən ispaniyalı Juan Mata yeni mövsümdə “Mançester Yunayted”in ilk qolunun müəllifi olub.

59-cu dəqiqədə “qırmızı şeytanlar”ın kapitanı Ueyn Runi fərqlənib. Bundan 5 dəqiqə sonra İbrahimoviç hesabı 3:0-a çatdırıb. Meydan sahibləri yalnız 69-cu dəqiqədə təsəlli qolu vura biliblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?