Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Portuqaliyada yanğın söndürən təyyarələrindən biri qəzaya uğrayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hava gəmisinin ekipajı möcüzə nəticəsində sağ qalıb.
Rusiya FHN-nin aviasiya qrupunun tərkibində iki Be-200ÇS təyyarəsi bu gün Portuqaliyadakı böyük meşə yanğınını söndürməyə başlayıb. Onlar Leyriyu şəhərinə dünən gediblər.
Be-200ÇS təyyarələri dünyada yanğın söndürülməsi üçün ən effektli hava gəmisi hesab olunur.
Modern.az