İtalya İŞİD üzvlərinin qaçqınların arasına sızaraq Avropaya keçdiyini bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, italyan kəşfiyyatı Liviyada İŞİD-in qalası kimi tanınan Sirt şəhərindən Aralıq dənizini vasitəsilə gələn köçkünlərin bir hissəsinin İŞİD üzvü olduğunu yazır.
Məlumatda yüzlərlə İŞİD üzvünün Liviya hökumətinə sadiq əsgərlərin hücumundan və ABŞ-ın hava hücumlarından sonra Avropa ölkələrinə keçdiyi qeyd olunub.
Bütün Avropa ölkələrinə İŞİD təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Mirmahmud KAZIMOĞLU