Güclü leysan yağması səbəbindən Rusiya paytaxtı suya qərq olub. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Moskvanın bir neçə rayonunda nəqliyyatın hərəkəti dayanıb.
Su əhatəsində qalan avtobus və trolleybuslardan 100-dən çox adam evakuasiya olunub. Moskvaya 130 il ərzində belə güclü yağış yağmayıb.
Fasiləsiz yağış artıq bir sutkadır davam edir. Bu müddətdə aylıq normanın yarısı qədər yağış düşüb. Hidrometroloji mərkəz narıncı təhlükə səviyyəsi elan edib. Bu o deməkdir ki, əlverişsiz hava şəraiti təbii fəlakətə keçə bilər. Yağışın sabah kəsiləcəyi bildirilir.
Modern.az