Modern.az

Azərbaycan Gürcüstana ən çox birbaşa investisiya yatıran ölkədir

Azərbaycan Gürcüstana ən çox birbaşa investisiya yatıran ölkədir

16 Avqust 2016, 00:16

Gürcüstana birbaşa xarici investisiya həcminə görə Azərbaycan birinci yerdədir. Modern.az saytı xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə,  2015-ci ildə Gürcüstana birbaşa xarici investisiyalar 1,564 milyard ABŞ dolları təşkil edib, bu investisiyaların həcmi 2014-cü illə müqayisədə 11% azdır.

 

2015-ci ilin rəqəmlərinə əsasən, Gürcüstana yatırılan birbaşa xarici investisiya həcminə görə  Azərbaycan 35%-lıq  pay ilə birinci yeri tutub (550 milyon dollar). Birləşmiş Krallıq 25% ilə ikinci (386 milyon dollar), Niderland isə 10% ilə üçüncü (155 milyon) yerdə qərarlaşıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?