Modern.az

Bağlanmış 4 bankın əmanətçilərinə 40 milyondan çox pul ödənildi

Bağlanmış 4 bankın əmanətçilərinə 40 milyondan çox pul ödənildi

İqtisadiyyat

16 Avqust 2016, 10:29

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40,4 milyon manat kompensasiya ödənilib.

 

Bu barədə Modern.az-a Fonddan məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, 12 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 16,1 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 4,3 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 40,4 milyon manatdan artıq kompensasiya ödənilib.

 

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

 

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal