Rusiya Suriyadakı müxalifətini vurmaq üçün ilk dəfə İranın Həmədan hərbi bazasına strateji bombardumançı təyyarələri səfərbər edib.
Bu günə qədər Suriyada hava əməliyyatları üçün bombardman təyyarələri Rusiyanın cənubundakı Mozdok hərbi hava bazasından qalxırdı. Təyyarələr Moskva və Tehran arasında imzalanan anlaşma ilə İranın Həmədan hava bazasından qalxmaya başlayıb.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, bu anlaşma ilə rus təyyarələrinin Suriyadakı uçuş müddətini təxmini 60 faiz azaldacaq. Bununla da həm Kreml yanacağa qənaət edəcək, həm də hava hücumlarının təsiri artıracaq.
Bu günə qədər Mozdokdan havalanan TU-22M3 tipli strateji bombardumançı təyyarələri Palmiradakı hədəfləri vurmaq üçün 2150 km yol qət edirdi. Həmədandan qalxan təyyarələr sadəcə 900 km məsafə uçacaq.
Qafar Ağayev