Cənubi Koreyanın Kyonsan-Namdo əyalətinin Çxanvon şəhərindəki hərbi dəniz donanmasının bazasında partlayış baş verib.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata görə, baş verən partlayış nəticəsində 1 zabit ölüb və 2-si isə yaralanıb.
Parlayışda 1nəfər itkin düşüb. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimalı var.
Partlayışın dalğası fəhlələrdən birini dənizə vurub atdığından onun axtarışı aparılır. Partlayış təmir qurğusunun sınağı zamanı baş verib. Hadisə ilə bağlı istintaq başlayıb.
Ağa AKİFOĞLU