Modern.az

Tikinti zamanı 500 kiloluq bomba tapıldı

Tikinti zamanı 500 kiloluq bomba tapıldı

16 Avqust 2016, 12:05

 Almaniyanın Dortmund şəhərində peyk vasitəsilə müəyyən edilən 2-ci dünya müharibəsindən qalma bomba tapılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, türklərin də sıx olaraq yaşadığı Evinq qəsəbəsində tikinti işi zamanı peyk vasitəsilə aşkar edilən Amerikan istehsalı çəkisi 500 kq olan bomba tapılıb.

 

Dərhal regionda geniş təhlükəsizlik tədbirləri alınıb. Bölgədə yaşayan 7 min nəfər təxliyə edilib. Gedəcək yeri olmayanlar bir məktəbin idman salonunda qonaq edilir.

 

Təhlükəsizlik tədbirləri  tam başa çatdıqdan sonra bombanın gecə yarısına doğru zərərsizləşdiriləcəyi bildirilib.

 

Qeyd edək ki, mineral və dəmir polad baxımından Almaniya üçün olduqca önəmli mövqedə olan Dortmund müharibə zamanı intensiv bombardman altında qalmışdı.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?