Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunan fətullahçılara qarşı aparılan istintaq çərçivəsində bu gün İstanbulda 44 şirkətdə eyni zamanda əməliyyat keçirilib.
Modern.az-ın xəbərə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, əməliyyatı Milli İstihbarat Təşkilatının (MİT) İstanbul Təhlükəsizlik İdarəsi Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları həyata keçirib.
Çevik Polis Alayı qüvvələrinin dəstəklədiyi bu əməliyyat İstanbulun Üsküdar və Ümraniyre rayonlarında keçirilib. Şirkətləri idarə edən 120 nəfər həbs olunub.
Axtarış aparılan şirkətlər Fətullahçılara maliyyə yardımı etməkdə şübhəli bilinirlər.
Ağa AKİFOĞLU