Modern.az

Kürdəmir deyəndə ilk ağıla gələn nə olur..? (Tanınmışların cavabları)

Kürdəmir deyəndə ilk ağıla gələn nə olur..? (Tanınmışların cavabları)

2 Fevral 2011, 12:32


Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur...

Bu dəfə də “Kürdəmir rayonu deyəndə ilk yada düşən nə olur” sualı ilə cəmiyyətdə müxtəlif safələrdə tanınmış insanlara müraciət etdik. Tanınmışların cavabları isə belə oldu...

“Bu rayon cəhənnəm əzabıdır”

“Bizm yol” qəzetinin əməkdaşı Natiq Cavadlı bildirdi ki, Kürdəmir çox isti rayondur: “Bu rayonun adı çəkiləndə çox isti yer yadıma düşür. Bu rayon cəhənnəm azabından başqa hec nə deyil”.
Kürdəmir rayonunun insanlarının digər rayonların insanlarlndan hansı xüsusiyyətlərinə görə fərqlənməsinə gəlincə isə müsahibimiz bildirdi ki, bu rayonu insanları çox sadə, kasıb adamlardır.

“Kürdəmir isti havası və qış otlaqları ilə tanınır”

İqtisadcı-ekspert  Azər Mehdiyev  bildirdi ki, bu rayon onu xatirində belə qalıb: “Kürdəmir deyəndə ilk yadıma düşən o olur ki, bu rayon yay aylarında çox isti olur”.
Bundan əlavə iqtisadcı ekspert bildirdi ki, qış otlaqlarının və yaxşı üzümün olması da bu rayonun özünə xas xüsusiyyətidir.
İnsanlarının hansı xüsusiyyətlərinə görə fərqlənməsinə gəlincə müsahibimiz hesab edir ki, Kürdəmir rayonunun insanlarında da digər aran rayonlarının insanlarına xas olan xüsusiyətlər var: “Mən bu rayonun insanlarında hər hansı bir fərq müşahidə etməmişəm. Ümumilkdə aran rayonlarının insanlarına xas olan cəhətlərdir”. 

“Kürdəmiri Şəki və ya Göycayla müqayisə etmək çətindir...”

Millət vəkili Zahid Oruc isə hesab edir ki, Kürdəmir  rayonunun hansı əlamətinin olduğunu qabartmaq onun üçün çox çətindir: “Ola bilər ayri-ayrı rayonlarımız, xüsusilə, Şəki ayrı-ayrı məhsulları ilə, beynəlxalq brendə çevrilmiş məhsulları ilə assosasiya doğurur. Kürdəmir rayonunu isə bu mənada mənim ücün müəyyənləşdirmək çətindir. Əllbəttə ki, şərabçılıq məhsulları ilə, tranzit nöqtəsi olması ilə, isti qurşaqda yerləşməsi, səhra rejimində olması  ilə daha çox tanınır. Konkret olaraq tarixi və ya önə çıxan cəhətinin olmasını demək mənim üçün çətindir. Kürdəmir Azərbaycanın rayonlarından biridir, tarixi məkanıdır, ötən əsrdə təşkil olunub. Amma konkret olaraq onu Şəki və ya Göycayla müqayisə etmək çətindir”.
Z.Oruc hesab edir ki, Kürdəmir azərbaycanın digər bölgələri ilə müqayisədə xüsusi əlaməti ilə çox da qabarmayıb.
Kürdəmir rayonun insanlarına gəlincə isə millət vəkili bildirdi ki, Kürdəmir rayonunun sakinləri normal münasibət qurmağı baçaran insanlardır: “Bilirəm ki, bu rayonun Azərbaycan tarixində yer tutan insanları var, amma onların adlarını söyləmək mənim ücün çətindir”.

“Kürdəmirin adını eşidəndə bir qədər kədərlənirəm”

Əməkdar artist Aybəniz Haşımova  bildirdi ki, Kürdəmir rayonunun insanlarını və o insanların saf münasibətini çox sevir: “Kürdəmir rayonunda dəfələrə olmuşam. Buranın insanları həddindən artıq mehriban və qonaqpərvərdirlər. Kiminsə evinə qonaq gedəndə ola bilsin həmin insan bütün varını-yoxunu sənin qabağına qoysun, ancaq bu onun simasında öz əksini tapmasın. Amma elə insan da var ki,  gülərüzlə səni pendir-çörəkəyə qonaq edir. Bax, bu səmimiyyət mənim ücün hər şeydən əzizdir”.
A.Haşımova eyni zamanda Kürdəmir rayonun adı çəkiləndə kədərləndiyini də bildirdi: “Rəhmətlik atam Kürdəmirdə çox işləyib, həmişə oradan gələndə balıq gətirərdi. Bu rayonun adı çəkiləndə atamı xatırlayıram və kədərlənirəm. Balıq məhsullarını çox xoşlayıram. Elə indi də Kürdəmirə gedəndə balıq yeyirəm”.
Son dövrlərdə Kürdəmirdə abadlıq işlərinin aparıldığını deyən əməkdar artist rayonu axırıncı dəfə 1-2 ay bundan öncə gördüyünü və çox dəyişdiyini bildirdi.
Kürdəmir rayonun insanlarının çox səmimi və qonaqpərvər olduğunu deyən A.Haşımova eyni zamanda buranın sakinlərini çox sevdiyini qeyd etdi.

“Bu rayon Azərbaycanın “ögey” balasıdır”

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli sovet dövründə Kürdəmir rayonunun pambıqçılıq sahəsində ixtisaslaşdığını bildirdi: “Hazırda isə bura isti rayonlardan biridir və burada soyuq pivə içmək olar. İkinci özünə xas xüsusiyyət isə rayonun yol üstündə yürləşməsidir. Bir sıra rayonlara gedən insanlar Kürdəmirdə düşür, çay içir, yemək yeyir”.
E.Hüseynbəyli hesab edir ki, Kürdəmiri tanıdan üçünçü xüsusiyyət isə, onun Azərbaycanın “ögey balası” olmasıdır və məhz bu münasibətə görə fərqlənir: “Bu rayon elə bil Azərbaycanın “ögey balası”dır, quruculuq işləri ən son bu rayonda aparılır, bu rayona da bir az dəqqət ayırmaq lazımdır”.
E.Hüseynbəyli hesab edir ki, bu rayonun insanları ümumi Azərbaycan xalqına məxsus olan xüsusiyyətlərə malikdir.  Ancaq Kürdəmir insanları alqı-satqı məsələlərində nisbətən daha çox cəlddir:
“Rayonun insanları deyəndə ki, buranın adamları çox arıq və qaradırlar, elə bil yun çubuğuna oxşayırlar. Neyləyək, onların da qismətinə isti yer düşüb. Ümumilikdə isə buranın adamlarında bütün Azərbaycan xalqına xas olan keyfiyyətlər var”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi