Ukraynanın hüquq-mühafizə orqanları bu gün Kiyevdə jurnalist Miroslava Berdniki saxlayıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, Maydan hadisələrini və Ukraynanın indiki hakimiyyətini tənqid etməsi ilə tanınırdı.
Berdnik”separatçılıq” ittihamı ilə həbs olunub. Miroslava Berdnik jurnalist, yazıçı-publisistdir. O, “Özgə oyununda piyada. Ukrayna millətçiliyinin gizli tarixi” kitabının müəllifidir. Bu kitab Ukraynada qadağan olunan əsərlər sırasına daxil edilib.
Modern.az