Pakistanda 3 nəfər selfi çəkdirməyə cəhdin qurbanı olub. Modern.az xarici mediaya istinadən bildirir ki, faciə Hayber-Paxtunxva əyalətinin dağlıq ərazisindəki Kunar çayında qeydə alınıb.
Qız özünün şəklini çəkməyə cəhd edəndə suya düşüb. Valideynləri onun köməyinə atılıblar, nəticədə hər üçü boğulub.
Xilasedicilər sudan 11 yaşlı qızın və anasının meyitlərini çıxarıblar. Ölən atanın meyitinin axtarışları davam edir.
Valideynlərin hər ikisi həkimdir. Onlar üç övladları ilə birgə Pəncab əyalətindən istirahətə gəliblər. Onların iki övladı – 9 yaşlı qızları və 5 yaşlı oğlanları qalıb. Hər ikisi 11 yaşlı qızın və valideynlərinin necə öldüklərinin şahidi olublar.
Modern.az